HAQQIMIZDA

BİZ KİMİK ?

QUALITY SOLUTIONS

“Quality Solutions” MMC müasir biznesdə geniş fəaliyyət dairəsinə sahibdir. Şirkətin fəaliyyət sahəsi əsasən maliyyə və bank sektorunu əhatə edir. Bununla yanaşı şirkət telekommunikasiya, sığorta və digər sahələrdə çalışan biznes qurumlarına da müxtəlif xidmətlər təqdim edir. Şirkətin müştəriləri kiçik, orta və həmçinin iri biznes subyektləridir.
x

ŞİRKƏT HAQQINDA

“Quality Solutions” MMC konsaltinq və marketinq kommunikasiyaları sahəsində fəaliyyət göstərən şirkətdir.

Şirkət biznesin demək olar ki, bütün seqmentləri üzrə məsləhət xidmətləri, marketinq araşdırması və kommunikasiyası, ictimaiyyətlə əlaqələr, pozitiv imicin qurulması, bizneslərin üzləşdikləri problemlərin təyini və bu problemlərdən ən optimal çıxış yollarının və həllərinin axtarılması və digər müxtəlif biznes həllərin təqdimi üzrə ixtisaslaşıb.

“Quality Solutions” MMC özünün peşəkar heyəti ilə bazarda tam fərqli yanaşma tətbiq edir və müştərilərə marketinq kommunikasiyalarında yeni həll vasitələri təklif edir.

x

MİSSİYAMIZ

“Qulaity Solutions” şirkətinin missiyası müştərilərə innovativ yanaşma və biznes həllər əsasında geniş çeşidli məsləhət və marketinq kommunikasiyaları xidmətləri göstərməklə onların biznesinin daha da irəli getməsi, inkişaf etməsi və beləliklə də uğurlu olmasına yardım etməkdir.

Şirkət olaraq biz fəaliyyətimizin biznes qurumları, cəmiyyət və ümumilikdə ölkə iqtisadiyyatı üçün faydalı olacağına inanır və ümumi inkişafa töhfə verməyi əsas missiyamız hesab edirik.

x

BAXIŞ NÖQTƏMİZ

- Biz biznesin inkişafı üçün lazım olan üsulları bilir və inkişafa yol açacaq uyğun həllər təklif edirik;

- Kiçik, orta və iri biznes subyektlərinin üzləşdikləri problemləri təhlil edir, onları öz problemimiz olaraq qəbul edir və bu problemlərin həlli üçün müvafiq istiqamətlər göstəririk;

- Biznesin rəqabət qabiliyyətini artırır və biznes subyektinə, dövlətə və cəmiyyətə faydalı olmaq istiqamətində dəstək oluruq;

- Rəqəmal transformasiyanın bütün imkanlarından istifadə edərək peşəkar heyətimizlə biznesin potensialının artırılmasına nail oluruq.

x

DƏYƏRLƏRİMİZ

“Quality Solutions” MMC öz fəaliyyətində bir sıra dəyərləri rəhbər tutur. Şirkət olaraq müştərilərin məmnunluğunu qazanmaq və eləcə də saxlamaq, peşəkarcasına fəaliyyət göstərmək üçün aşağıda qeyd olunan dəyərləri bölüşürük:

Düzgünlük - Biz biznesin düzgünlük prinsipinə əsaslanaraq irəli aparılmasının vacibliyini anlayır və bu işi həm biznes subyektinə, həm də cəmiyyətə faydalı olacaq tərzdə icra edirik.

Komanda işi - “Quality Solutions” şirkəti olaraq biz hər bir uğurumuzun yalnız komanda işindən keçdiyini dərk edir və müştərilərimizə peşəkar komandamız tərəfindən hazırlanan həllər təqdim edirik;

İcra etmə - Azərbaycanın inkişaf edən biznes mühitində müştərilərin istəklərini və ehtiyaclarını zamanında qarşılamaq, onlara kompleks biznes həllər təqdim etmək üçün işi zamanında icra etmək;

Uğur - Rəqabətə əsaslanan, hər gün yeni çağırışların meydana gəldiyi biznes mühitində daim yeni qələbələrə və uğurlara yol açmaq və bununla biznesin inkişafına nail olmaq;

Taleh Tahirli

RƏHBƏRLİK

“Quality Solutions” MMC-nin təsisçisi və direktoru Taleh Tahirlidir.

Taleh Tahirli maliyyə və bank sektoru, eləcə də biznesin idarə edilməsi sahəsində geniş təcrübəyə sahibdir. O, uzun müddət Unibank KB ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb və bankın İdarə Heyətinin üzvü, Pərakəndə bank xidmətləri və Marketinq istiqamətlərinin Baş Direktoru vəzifəsini icra edib. Cənab Tahirli Bakı Mühəndislik Universiteti, eləcə də Avropanın nüfuzlu Hoteburq və Linköping Universitetlərinin məzunudur.