PARTNYORLARIMIZ

“İndus” şirkəti “Quality Solutions” şirkətinin etibarlı tərəfdaşlarından biridir. 1990-cı ildə təsis olunmuş “İndus” şirkəti bank, maliyyə, telekommunikasiya, eləcə də sığorta sənayeləri üzrə müvafiq ixtisaslaşmış məhsullar təqdim edir. Şirkət qlobal olaraq biznes mühitinin dəstəklənməsi məqsdilə müştərilərə innovativ həllər və kompleks proqram məhsulları təklif edir.

Azərbaycanın konsaltinq və marketinq kommunikasiyaları sektorunda aparıcı şirkətlərdən biri olan “Quality Solutions” “İndus” şirkəti ilə qarşılqılı hörmət, etimad və faydaya əsaslanan əməkdaşlıq əlaqələrini daha da dərinləşdirmək və inkişaf etdirmək niyyətindədir.


“ModeFinServer” (MFS) “Quality Solutions” şirkəti ilə inkişaf edən əməkdaşlıq əlaqələrinə sahibdir. MFS şirkəti 2011-ci ildə təsis olunub və çoxtərəfli bank həlləri provayderidir. Şirkət maliyyə və müştəri təcrübələri sahələrində rəqəmsal platformanın təmini üzrə qlobal səviyyədə lider olmağı hədəfləyir.

Şirkət qeyd olunan sahələrdə geniş təcrübəyə malikdir və bu gün Yaxın Şərq (Bəhreyn), Qərb Afrika (Qana), Şərqi Afrikada (Keniya) fəaliyyət göstərən ofislərlə dünya üzrə 14-dən çox ölkədə təmsilçiliyə sahibdir.

“Quality Solutions” və “ModeFinServer” arasında əməkdaşlıq əlaqələri hər iki şirkətin maraqlarına cavab verir və müştərilərin innovativ həllərlə təminatını, eləcə də tərəfdaşların bizneslərinin daha da inkişafını hədəfləyir.